İDMAN

02 Aprel

Dibala: "Ronaldoya nifrət edirik"

"Yuventus"un hücumçusu Paulo Dibala komanda yoldaşı Kriştianu Ronaldo haqda maraqlı fikir səsləndirib.

Fins.az xəbər verir ki, koronavirus pandemiyasına yoluxduğu üçün evdə müalicəsini davam etdirən argentinalı futbolçu Ronaldoya nifrət etdiklərini vurğulayıb.

O, hətta bunu portuqaliyalının özünə dediyini də etiraf edib: "Ronaldoya söylədim ki, ona, üslubuna, yerişinə nifrət edirik".

Dibala millidəki komanda yoldaşı Lionel Messi ilə çiyin-çiyinə oynamağının çətinliyindən də bəhs edib: "Yığmada çox şans əldə etməməyimi problemə çevirmirəm. Çünki Messi ilə oxşar cəhətlərimiz çoxdur. Bu baxımdan onunla bir yerdə oymamağım çətindir".