İDMAN

01 Aprel

Qrizmann Benzemanın Jiru barədə fikirlərinə münasibət bildirdi

"Barselona" və Fransa millisinin hücumçusu Antuan Qrizmann Kərim Benzemanın Olivier Jiru haqqında fikirlərinə münasibət bildirib.

Fins.az xəbər verir ki, həftənin əvvəlində "Real Madrid"in forvardı İ"nstagram"da canlı yayımda Jiru ilə müqayisəsi barədə sualı cavablandırarkən: "Formula 1-i kartinqlə qarışdırmayaq" demişdi.

Qrizman bu barədə şərh vermək istəməsə də, Jiru haqqında xoş fikirlər işlədib: “Mən bu barədə şərh verə bilmərəm, sonradan problemlərə səbəb ola bilər. Jirunu bəyənirəm, o, dünya çempionatında qalib gəlməyimizə kömək edən yaxşı oyunçudur. Bu həyatda çox vacib bir hadisədir".