İDMAN

01 Aprel

Məşhur stadion xəstəxanaya çevrildi

Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən məşhur "Marakana" stadionu koronavirus (COVİD-19) xəstəxanasına çevrilir.

Fins.az xəbər verir ki, stadion 400 yataqlı müvəqqəti xəstəxana kimi fəaliyyət göstərəcək. Meydanın ot örtüyü olan hissəsi qorunacaq. Qeyd edək ki, 80 min azarkeş tutumuna malik olan stadionun xəstəxanaya çevrilməsi ilə yanaşı, Rio-de-Janeyrodakı müvəqqəti xəstəxana sayı səkkizə yüksəlib.