İDMAN

01 Aprel

"Real" Xames Rodriqezlə bağlı qərarını verdi

"Real” yarımmüdafiəçi Xames Rodriqezlə bağlı qərarını verib.

Fins.az xəbər verir ki, baş məşqçi Zinəddin Zidan kolumbiyalı yarımmüdafiəçinin göndərilməsini istəyib. Buna görə də 28 yaşlı oyunçunun növbəti transfer pəncərəsində satılacağı bildirilib. Onun Madrid klubu ilə 2021-ci ilin iyununa qədər müqaviləsi var.

Qeyd edək ki, Rodriqez bu mövsüm "Real"da 7 oyun keçirib və bir qol vurub.