İDMAN

01 Aprel

Yeni reytinq açıqlandı: Güləşçilərimiz ilk "10-luq"da

Dünya Güləş Birliyi sərbəst güləş növü üzrə olimpiya çəkilərində yarışan idmançıların yeni reytinq cədvəlini açıqlayıb.

Fins.az xəbər verir ki, millimizin iki üzvü öz çəkilərində ilk “10-luq”da yer alıb. Dünya çempionatında gümüş medal qazanan Şərif Şərifov (91 kq) 40 xalla 3-cü yerdə qərarlaşıb. Avropa çempionatında bürünc medal əldə edən Camaləddin Məhəmmədov (125 kq) isə 34 xalla 4-cü yerdədir.