İDMAN

01 Aprel

Van Dayk çətinlik çəkdiyi futbolçunu açıqladı

"Liverpul"un müdafiəçisi "Twitter"də azarkeşlərin suallarını cavablandırıb.

Fins.az xəbər verir ki, 28 yaşlı niderlandlı futbolçu bir sıra maraqlı məqamlara toxunub:

- Ən sevdiyin animasiya hansıdır?

- "Kral Aslan".

- Ceymi Karraqer: "Hansı keçmiş "Liverpul"lu müdafiəçini örnək almısan?

- Sami Hyupya.

- Müdafiəçi olmasaydın, hansı mövqeydə oynamaq istəyərdin?

- "10 nömrə".

- Ən çox çətinlik çəkdiyin futbolçu kimdir?

- Premyer Liqada ən çətin rəqib Serxio Aquerodur.

- Ən sərt rəqib kim olub?
- Bir çox yaxşı futbolçuya qarşı oynadım. Yəqin ki, Lionel Messi.- Karyeranın ən önəmli qolu?

- "Mançester Yunayted"ə vurduğum qolu deyə bilərəm.

- UEFA Champions League: "Çempionlar Liqasının himni səslənəndə özünü necə hiss edirsən?"

- Xüsusi. Tüklərim biz-biz olur.

- Hansı müdafiəçi ilə birgə oynamaq rahatdır?

- Co Qomes.

- 100 metrlik məsafəni kim daha tez qaçar: sən, Co Qomes, Endryu Robertson, yoxsa Trent Aleksander-Arnold?

- Ya mən, ya da Qomes.

- Karyeranda ən böyük uğur hansıdır?
- Bəhs ediləcək bir neçə amil var. Peşəkar futbolçu kimi karyera qurmaq, milli komandada oynamaq və təbii ki, Madriddə qazandığım Çempionlar Liqası.