İdman

01 Aprel

Neymarı itələyən Emrenin cəzası açıqlandı

UEFA "Borussiya"nın (Dortmund) futbolçusu Emre Canı cəzalandırıb.

Fins.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin  PSJ ilə cavab matçında (0:2) qırmızı vərəqə alan türk əsilli almaniyalı yarımmüdafiəçiyə 2 oyunluq cəza verilib.

Qeyd edək ki, Emre Can ÇL-lə vidalaşdıqları matçda rəqib futbolçusu Neymarı itələyib, yerə yıxdığı üçün meydandan qovulmuşdu.