İDMAN

01 Aprel

“Real” maaşları nə qədər azaldacaq?

“Real”ın futbolçuların maaşını ixtisar etməsinin mümkünlüyü barədə planı məlum olub.

Fins.az xəbər verir ki, klub maaşları uzağı 10 faiz həcmində azalda bilər. “Real” rəhbərliyi koronavirusun vuracağı iqtisadi zərərin nəticəsini təhlil etdikdən sonra qərar verəcək.

Xatırladaq ki, “Real”ın əzəl rəqibi olan “Barselona” əsas komandanın futbolçularının maaşını 70 faiz azaldıb.