İdman

31 Mart

"Tottenhem" 550 işçisinin maaşını azaltdı

"Tottenhem" koronavirus pandemiyası səbəbindən bütün  işçilərinin maaşını azaldıb.

Fins.az xəbər verir ki, 550 işçinin hamısının aprel və may ayları üçün maaşı 20 faiz azalıb və onlar məzuniyyətə göndərilib.

Bildirilib ki, bu tədbir klubda iş yerlərinin saxlanılması üçün atılıb.

Maaş azaldılması futbolçulara şamil olunmayıb.

Qeyd edək ki, "Tottenhem" Premyer Liqadakı fasiləyə görə xərcləri azaltmaq üçün bu cür tədbirlər görən ikinci ingilis klubudur. Bundan əvvəl "Nyukasl" eyni addımı atıb.