İDMAN

31 Mart

Ramil Şeydayevin sabiq klubu rəsmən dağılır

"Jilina" klubu fəaliyyətini dayandırır.

Fins.az xəbər verir ki, bu barədə Slovakiya təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, yüksək liqa klubu aprel ayının 1-dən etibarən fəaliyyət göstərməyəcək. Komandanın dağılmasına səbəb kimi maliyyə çatışmazlığı göstərilib. "Jilina" Slovakiya çempionatında 22 turdan sonra 45 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev 2017-ci ildə 6 ay "Jilina"nın formasını geyinib.