İDMAN

30 Mart

Messi yoxsa Maradona? - Məşhur futbolçu seçim etdi

İtaliya millisinin sabiq hücumçusu Antonio Kassano Dieqo Maradona və Lionel Messini müqayisə edib.

Fins.az xəbər verir ki, ulduz veteran "Barselona”nın kapitanını Maradonadan üstün saydığını söyləyib:

"Maradona 4-5 ildə inanılmazı reallaşdırıb, amma Messi 15 ildi ki, bu işi görür. Bu müddətdə 710 qol vurub, 300 qol ötürməsi edib. Messi meydandadırsa, onun komandası artıq 1:0 öndədi. Maradona fanatları bununla barışmalıdır”.

Qeyd edək ki, Messi bu mövsüm "Barsa” formasıyla çıxdığı 22 oyunda 19 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.