Mövsümün sonunda “Səbail”lə müqaviləsi başa çatacaq Maykl Essyen Azərbaycanda qala bilər.
Fins.az xəbər verir ki, qanalı yarımmüdafiəçinin futbolçu karyerasını başa vurub, məşqçiliyə başlayacağı bildirilib. "Səbail" rəhbərliyinin 38 yaşlı ulduz futbolçuya U-19 komandasını çalışdırmağı təklif etdiyi qeyd olunub.
Xatırladaq ki, "Səbail"ə ötən il in martında İndoneziya təmsilçisi "Persib Bandunq"dan keçən Maykl Essyen daha əvvəl “Çelsi”, “Real” və “Milan” kimi klublarda oynayıb.