Fransanın PSJ klubunun futbolçusu Keylor Navas koronavirus pandemiyasına görə ölkəni tərk edib.
Fins.az xəbər verir ki, kosta-rikalı qapıçı vətəninə icarəyə götürdüyü xüsusi təyyarə ilə yollanıb.
34 yaşlı qolkiper bunun üçün 200 000 ABŞ dolları xərcləyib.
Qeyd edək ki, daha əvvəl PSJ-nin braziliyalı futbolçuları - Neymar və Tiaqo Silva klubdan icazə alaraq ölkələrinə qayıdıblar.