İdman

29 Mart

"Real Madrid"in futbolçusunun karyerası təhlükə altındadır

“Real Madrid” klubunun serbiyalı ulduzu Luka Yovoviçin gələcək karyerası təhlükə altındadır. Buna səbəb futbolçunun koronavirusla bağlı qadağalara əməl etmədən Serbiyaya gəlməsi olub.

Fins.az xəbər verir ki, 22 yaşlı hücumçu Serbiyada yaşayan nişanlısının doğum gününə icazəsiz gəlməklə yanaşı, karantin qaydalarını da pozub. Serbiya hökuməti xaricdən gələn hər bir vətəndaş üçün 28 günlük özünütəcrid qaydası tətbiq edib.

Futbolçunun üzrxahlığına baxmayaraq, “Real Madrid” klubu rəhbərliyinin gələn mövsüm ona heyətdə yer verməyəcəyi ehtimal olunur.