İdman

27 Mart

İngiltərənin daha bir futbol klubunda koronavirus aşkarlandı

İngiltərənin "Brighton and Hove Albion" (“Brayton”) futbol klubunun baş direktoru Pol Barber komandanın oyunçularından birinin koronavirusa yoluxduğunu açıqlayıb.

"Üç futbolçunu koronavirus testindən keçirdik. Onlardan birinin testinin nəticəsi müsbət oldu. Biz müntəzəm tibbi yoxlama keçirmirik. Oyunçuları və personalı yalnız əlamətlərin yaranması zamanı yoxlayırıq. Virusa yoluxmuş oyunçu bütün lazımlı köməyi alır", - Barber deyib.

Qeyd edək ki, daha əvvəl İngiltərənin 5 futbolçusunda koronavirus aşkarlanıb. Bunlar “Çelsi”, “Portsmut” və “Vest Bromviç” klublarının oyunçularıdır. 

Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində qeydə alınıb. Hazırda dünyada yarım milyona yaxın insan virusa yoluxub, 20 mindən çox insan COVID-19-un qurbanı olub. Koronavirus 199 ölkəyə yayılıb.

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-u pandemiya elan edib.