İdman

27 Mart

Azərbaycan Premyer Liqası: Hər oyunda 1 008 tamaşaçı

Bu mövsüm futbol üzrə Azərbaycan Premyer Liqasında 20 turun 80 oyununu 80 min 630 tamaşaçı izləyib. 

Fins.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşmalarda orta göstərici 1 008-ə bərabər olub. Çempionatın lideri “Qarabağ” bu göstəricidə də birincidir. Ağdam təmsilçisinin ən yaxın izləyicisi “Sabah”dır. “Neftçi” 3-cü pillədə qərarlaşıb. Premyer Liqanın autsayderi “Qəbələ” bu siyahıda da sonuncu sırada yer alıb.

Qeyd edək ki, ən çox tamaşaçı IV turun “Qarabağ” – “Neftçi” oyununda (2:0) olub – 7 000. III turun “Qəbələ” – “Keşlə” (0:4), X turun “Sabah” – “Keşlə” matçlarında isə antirekord qeydə alınıb – 150 nəfər.

1 Qarabağ 16600 10 1660
2 Sabah 11950 9 1328
3 Neftçi 14000 11 1273
4 Sumqayıt 11500 10 1150
5 Keşlə 8400 10 840
6 Zirə 7400 10 740
7 Səbail 6750 10 675
8 Qəbələ 4030 10 403
Cəmi 80630