İdman

19 Mart

La Liqanın prezidenti: Mayda Avropa çempionatlarını bərpa edəcəyik

İspaniya La Liqasının prezidenti Xavyer Tebas Avropada çempionatların bərpa olunması planlarından danışıb, həmçinin matçların azarkeşsiz keçirilməsi haqqında suala cavab verib.

"Avropanın bütün liqalarının mayın ortasında bərpa olunması planlaşdırılır. Bütün çempionatlar. Hər şey ondan asılıdır ki, pandemiya ilə vəziyyət necə inkişaf edəcək. Mümkündür ki, bərpa edilmə erkən olsun, amma bu müddəti biz ağlımızda saxlayırıq. Azarkeşlərsiz matçların keçirilməsi hər bir ölkənin səhiyyə orqanlarından asılıdır”.

O, futbol turnirlərinin bərpa olunmasını istisna etməyib.

Çempionlar Liqası və Avropa Liqası? Bunların da eyni zamanda bərpa olunması planlaşdırılır. Biz bütün yarışları bərpa etməyə, hamı üçün qərarları hazırlamağa çalışacağıq. Məsələni yalnız İspaniya ilə həll etmək olmaz", - Xavyer Tebas deyib.