FİFA koronavirus pandemiyası ilə mübarizəyə görə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyə yardımı edəcək.
Fins.az-ın məlumatına görə, bu barədə FİFA prezidenti Canni İnfantino qurumun rəsmi saytına açıqlamasında deyib.
Onun sözlərinə görə, ali futbol qurumu ÜST-ün hesabına 10 milyon ABŞ dolları köçürəcək.
Qeyd edək ki, dünyada koronavirus pandemiyasının qurbanlarının sayı 8 009-a çatıb. Dünyada ən çox ölüm hadisəsi Çin (3 237), İtaliya (2 503), İran (988) və İspaniyada (533) qeydə alınıb. İnfeksiya indiyədək 167 ölkə və regionda qeydə alınıb.