Atalanta icarə əsasında komandada çıxış edən Mario Paşaliçin transfer hüquqlarını alıb.
Fins.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Atalanta-nın 25 yaşlı xorvat üçün Chelsea-yə 15 milyon avro ödədiyi bildirilib. Berqamo təmsilçisi Paşaliçlə 5 illik müqavilə imzalayacaq.
Paşaliç 2018-ci ildən Atalanta-da icarədə idi.