İDMAN

18 Mart

İtaliya klubları futbolçuların maaşlarını ödəməyəcək?

İtaliya A Seriyası və B Seriyası klubları futbolçuların məvaciblərini vermək istəmirlər.

Fins.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

İtaliyada koronavirus pandemiyasına görə çempionatlar dayandırılıb. Bu səbəbdən, maliyyə itkilərini minimuma endirmək istəyən klublar futbolçuların məvaciblərini ödəmək istəmirlər. Ancaq İtaliya Futbol Federasiyası bu fikri müsbət qarşılamır.