İDMAN

18 Mart

AVRO-2020: Biletləri geri qaytarmaq mümkün olacaq

UEFA AVRO-2020-nin oyunlarını izləmək üçün alınan biletlərin geri qaytarıla biləcəyini açıqlayıb.

Fins.az-ın məlumatına görə, qurum hazırda bilet sahibi olanlara və qonaqpərvərlik xidməti müştərilərinə 2021-ci ildə turnirin oyunlarını izləyə bilməyəcəkləri təqdirdə biletlərin və qonaqpərvərlik xidməti paketlərinin nominal qiymətinin tam şəkildə ödəniləcəyinə zəmanət verib.

Növbəti ay ərzində bu proses barədə elektron poçt və euro2020.com/tickets keçidi vasitəsilə əlavə məlumat veriləcək.