İdman

16 Mart

"Qəbələ" İdman Klubu məşqləri dayandırdı

"Qəbələ" İdman Klubu bütün idman növləri üzrə məşq fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb.

Fins.az məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, bu addım koronavirus infeksiyasının (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar kollektivin sağlamlığını nəzərə alaraq, infeksiyaya yoluxmaq riskini azaltmaq məqsədilə atılıb.

Növbəti addımlar haqqında ictimaiyyətə məlumat veriləcəyi qeyd olunub.