Futbol üzrə Almaniya Bundesliqası koronavirus səbəbindən təxirə salınıb.
Fins.az xəbər verir ki, çempionat matçları martın 17-dən aprelin 2-dək dayandırılacaq.
Bu həftəsonu baş tutacaq növbəti turun qarşılaşmaları isə boş tribunalar önündə oynanılacaq.
Qeyd edək ki, koronavirus səbəbindən Avropanın bir çox ölkəsində çempionat təxirə salınıb.