İdman

12 Mart

AVRO-2020-nin ev sahibliyi Türkiyəyə verilə bilər

Futbol üzrə 2020-ci il Avropa çempionatının yeri dəyişdirilə bilər.

Fins.az  xəbər verir ki, UEFA prezidenti Aleksander Çeferin AVRO-2020 ilə bağlı inqilabi dəyişiklik etməyə hazırlaşır.

İddiaya görə, turnirin koronavirusun yayılmadığı və ya daha az yayıldığı ölkələrdən birində təşkili günəmdədir. Hazırda Avropa çempionatını qəbul etməyə əsas namizədin Türkiyə olduğu bildirilir.

Türkiyə 2018-ci ildə AVRO-2024-ə ev sahibliyi etmək üçün namizədliyini versə də, sonda bu hüquq Almaniyaya verilmişdi.

Qeyd edək ki, AVRO-2020 12 iyun - 12 iyulda keçirilməlidir. Püşkatmanın nəticələrinə əsasən, açılış oyunu iyunun 12-də Romadakı "Olimpiko" stadionunda İtaliya və Türkiyə milliləri arasında olacaq. Bakı Olimpiya Stadionu (BOS) iyunun 13-də Uels-İsveçrə, iyunun 17-də Türkiyə-Uels, iyunun 21-də Türkiyə-İsveçrə matçlarına ev sahibliyi edəcək. İyulun 4-də isə BOS-da 1/4 final oyunlarından biri təşkil olunacaq.

© Report