UEFA prezidenti Aleksander Çeferin İtaliyanın "İnter" və "Roma" klublarına müraciət edib.
Fins.az İtaliya mətbuatına istinadən xəbər verir ki, sloveniyalı futbol funksioneri A Seriyası təmsilçilərindən Avropa Liqasını tərk etmələrini xahiş edib.
A.Çeferin turnirin davam etdirilməsi üçün bunun vacib olduğunu klubların diqqətinə çatdırıb.
Qeyd edək ki, Avropa Liqasının 1/8 final mərhələsində "İnter"lə "Roma"nın İspaniya təmsilçiləri "Xetafe" və "Sevilya" ilə səfər matçları koronavirusa görə təxirə salınıb.