İdman

12 Mart

İtaliyanın məşhur futbol klubu fəaliyyətini tamamilə dayandırdı

İtaliyanın “Yuventus” klubunun müdafiəçisi Daniele Ruqanidə koronavirus xəstəliyinin aşkar edilməsindən sonra bu ölkənin köklü komandalarından olan “İnter” fəaliyyətini dayandırdığını açıqlayıb.

Fins.az xəbər verir ki, Milan klubu bununla bağlı rəsmi bəyanat yayıb.

“İnter” idman fəaliyyətini qeyri-müəyyən müddətə dayandırdığını bildirib.

Qeyd edək ki, dünən İtaliya A Seriyasının bütün oyunları aprelin 3-dək təxirə salınıb.