İDMAN

10 Mart

"Qarabağ"ın sabiq qapıçısı 1,5 ildən sonra milliyə çağırıldı

Bosniya və Herseqovina yığmasının UEFA Millətlər Liqasının yarımfinal mərhələsi üçün heyəti açıqlanıb.

Fins.az xəbər verir ki, yığmanın baş məşqçisi Duşan Bayeviç Şimali İrlandiya ilə oyuna 23 futbolçu dəvət edib.

Milliyə çağırılanlar arasında "Qarabağ" klubunun sabiq qapıçıları İbrahim Şehiç ("Erzurumspor", Türkiyə) və Asmir Beqoviçin ("Milan", İtaliya) də adları var.

Müqavilə ilə İngiltərə "Bornmut"una məxsus olan Beqoviç təqribən 1,5 illik fasilədən sonra yenidən yığmaya qayıdıb.

Qeyd edək ki, Millətlər Liqasında yarımfinal mərhələsinin görüşləri martın 26-da keçiriləcək. B yolunda mübarizə aparan Bosniya və Herseqovina seçməsi Şimali İrlandiya səddini keçə bilsə, AVRO-2020-yə vəsiqə uğrunda final matçında Slovakiya - İrlandiya cütünün qalibi ilə qarşılaşacaq.