İDMAN

10 Mart

Çempionlar Liqası: "Leyptsiq" "Tottenhem"ə, "Valensiya" "Atalanta"ya qarşı - AFİŞA

Bu gecə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşlərinə start veriləcək.

Fins.az xəbər verir ki, ilk oyun günündə Almaniya və İspaniyada iki matç keçiriləcək.

Həm "Leyptsiq"in İngiltərə "Tottenhem"i, həm də "Valensiya"nın İtaliya "Atalanta"sı ilə qarşılaşmalarının formal xarakter daşıyacağı güman olunur. Bu da artıq ilk oyunlarda qeydə alınan nəticələrlə əlaqədardır.

"Leyptsiq" "Tottenhem"ə səfərdə 1:0, "Atalanta" isə evdə "Valensiya"ya 4:1 hesabı ilə qalib gəlib.

Çempionlar Liqası

1/8 final, cavab görüşləri

11 mart

00:00. "Leyptsiq" (Almaniya) - "Tottenhem" (İngiltərə)

Leyptsiq, "Red Bull Arena"

Baş hakim: Karlos del Serro (İspaniya)

İlk oyun - 1:0

00:00. "Valensiya" (İspaniya) - "Atalanta" (İtaliya)

Valensiya, "Mestalya" stadionu

Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)

İlk oyun - 1:4