2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının Asiya zonası üzrə seçmə mərhələsinin mart və iyunda keçirilməsi nəzərdə tutulan oyunları təxirə salınıb.
Fins.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə 23-31 mart və 1-9 iyunda nəzərdə tutulan qarşılaşmalar ləğv olunub.
Qərarın Asiya Futbol Konfederasiyası ilə qarşılıqlı razılıq əsasında qəbul olunduğu bildirilib. Matçların yeni tarixi barədə qarşıdakı günlərdə məlumat veriləcək.