İdman

10 Mart

"Barselona"dan Messiyə yeni müqavilə

İspaniyanın "Barselona" klubu kapitanı Lionel Messi ilə müqavilənin müddətini 2023-cü ilin yayına qədər uzatmaq niyyətindədir.

Fins.az  xəbər verir ki, Kataloniya təmsilçisi argentinalı futbolçuya yeni sözləşmə təklif etməyə hazırlaşır.

İddiaya görə, 33 yaşlı hücumçu rəhbərliyin təklifinə razılıq versə, onun illik məvacibi 50 milyon avro olacaq.

Qeyd edək ki, 2001-ci ildən "Barselona"da çıxış edən Lionel Messinin hazırkı müqaviləsinin müddəti 2021-ci ilin 30 iyununa qədərdir. Təcrübəli forvard bu mövsüm komandasının heyətində meydana çıxdığı 31 oyunda 24 qol vurub, 16 məhsuldar ötürmə edib. La Liqada 27 turdan sonra 58 xal toplayan kataloniyalılar turnir cədvəlinə başçılıq edir.