Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun oyun cədvəli bəlli olub.
Fins.az xəbər verir ki, 2 günü əhatə edəcək turun açılış matçında "Sabah" "Keşlə"ni qəbul edəcək. Tura “Neftçi” - “Zirə” qarşılaşması ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası, XXI tur
14 mart (şənbə)
16:00. “Sabah” – “Keşlə”
“Bank Respublika Arena”
18:00. “Qarabağ” – “Qəbələ”
Tofiq Bəhramov adına Respublika Stadionu,
15 mart (bazar)
16:00. “Sumqayıt” – “Səbail”
“Kapital Bank Arena”, 16:00
18:00. “Neftçi” – “Zirə”
“Bakcell Arena”
Qeyd edək ki, AVRO-2020 ilə əlaqədar olaraq, aprelin 12-dən etibarən “Bakcell Arena”da renovasiya işləri aparılacaq. Peşəkar Futbol Liqası bu səbəbdən təqvimdə 3-cü dövrənin “Zirə” - “Neftçi” oyunu ilə 4-cü dövrənin “Neftçi” - “Zirə” görüşünün yerini dəyişdirib. Premyer Liqada XX turun oyunları isə bu həftəsonu keçiriləcək.