İDMAN

06 Mart

"Mançester Yunayted" İngiltərə Kubokunun 1/4 finalına çıxdı

"Mançester Yunayted" İngiltərə kubokunun 1/8 final matçında "Derbi Kaunti"yə qalib gəlib.

Fins.az xəbər verir ki, qarşılaşma "Mançester Yunayted”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesab birinci hissədə açılıb. 33-cü dəqiqədə Lük Şou komandasının ilk qolunu vurub. Odion İqalo isə dubl edib.

Qeyd edək ki, “Derbi Kaunti”nin heyətində meydana əvvəllər “Mançester Yunayted”in oyunçusu olmuş Ueyn Runi çıxıb. Lakin o komandasına kömək edə bilməyib.

"Mançester Yunayted" 1/4 finalda "Norviç”lə qarşılaşacaq. “Norviç” "Tottenhem”i yenib.