Barcelona-nın yarımmüdafiəçisi İvan Rakitiç yayda klubu tərk edəcək.
Fins.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Məlumata görə, Atletico rəsmiləri artıq oyunçu ilə danışıqları tamamlayıb. Rakitiçin yayda Madrid klubuna keçəcəyinə razılıq əldə olunub. Xorvatiyalı futbolçunun Barcelona ilə müqaviləsi gələn il başa çatır.
Ancaq Rakitiç yanvarda Kataloniya təmsilçisini tərk etməyi düşündüyünü bildirmişdi.