Leipzig-in keçmiş baş məşqçisi Ralf Ranqnik Milan-ı çalışdırmağa yaxındır.
Fins.az xəbər verir ki, A Seriyası təmsilçisi alman mütəxəssislə danışıqlar aparır. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Xəbərdə, Milan-ın Ranqnikə 3+1 şərti ilə müqavilə təklif etdiyi bildirilir.
Karyerası ərzində Salzburg, Schalke, Leipzig kimi komandaları çalışdıran Ranqnik, hazırda MLS təmsilçisi New York RB-da skaut rəhbəri vəzifəsində işləyir.
Qeyd edək ki, Milan-ı hazırda Stefano Pioli çalışdırır.