İdman

04 Mart

Federasiya prezidentinə əməkdar məşqçi adı verildi - FOTO

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 5 mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar bir sıra idman mütəxəssisinə fəxri adlar verilib.

Fins.az-ın məlumatına görə, tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov əlamətdar gün münasibətilə idman ictimaiyyətinin nümayəndələrini təbrik edib.

Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsinin ölkənin idman tarixində əlamətdar hadisə olduğunu bildirən nazir müstəqil Azərbaycanda uğurlu idman strategiyasının təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb.

A.Rəhimov bildirib ki, hazırda bu strategiya dövlət başçısı, Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ölkədə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. Onun sözlərinə görə, Azərbaycanda bu diqqət və qayğı gələcəkdə yeni qələbələrə zəmin yaradır.

Sonra 10 mütəxəssis Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, 19 mütəxəssis əməkdar məşqçi, 1 nəfər isə Əməkdar İdman Ustası adı ilə təltif olunub.

Mükafatlandırılanlar sırasında Azərbaycan Bodibildinq Federasiyasının prezidenti Rauf Bunyatəliyev, boks üzrə olimpiya mükafatçısı Fuad Aslanov, Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının sabiq baş məşqçisi Təbriz Həsənov və millinin keçmiş qadın voleybolçusu Oksana Məmmədyarova da var. Onlara əməkdar məşqçi adı verilib. 

© Report