Futbol üzrə İngiltərə kubokunun 1/8 final matçında “Çelsi” “Liverpul”la qarşılaşıb.
Fins.az xəbər verir ki, qarşılaşma “Stemford Bric” stadionunda baş tutub və meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib.
Qarşılaşmada qolları Villian (13-cü dəqiqə) və Ross Barkli (64-cü dəqiqə) vurub. Bu qələbədən sonra “Çelsi” dörddəbir final mərhələsinə vəsiqə qazanıb.
Mərhələnin püşkatma mərasimi martın 5-də keçiriləcək.
Qeyd edək ki, “Liverpul” bu mövsüm ardıcıl olaraq iki dəfə məğlubiyyətə uğrayıb.