İdman

03 Mart

İlin bombardirlərinin siyahısı açıqlanıb

2020-ci ilin ən yaxşı bombardirləri açıqlanıb.

Fins.az-ın məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ilin ilk iki ayında beynəlxalq oyunlarda ən çox fərqlənənlərin siyahısını tərtib edib.

Milli komanda və klub səviyyəli qitə kuboklarında 3 və daha çox qol vuranların cədvəlində 26 oyunçu yer alıb. Siyahıya uruqvaylı Martin Bueno başçılıq edir. Yeni Zelandiyanın “İstern Suburbs” klubunun hücumçusu artıq 6 qola imza atıb. O, bütün topları qitə kuboklarında vurub.

 

İkinci yerə 4 futbolçu şərikdir. Qitə kuboklarında 4 dəfə fərqlənənlər 2-5-ci yerləri bölüşür.

Bunlar mərakeşli Aşraf Bençarki (“Zamalek”), nigeriyalı Stenli Dimbqa (“Enyimba”), xorvatiyalı Stipe Plazibat (“Houqanq”) və papua-yeni qvineyalı Emmanuel Simondur (“Lae Citi”). 

Digər oyunçular 3 qolla 6-26-cı yerləri bölüşür. Azərbaycanlı futbolçunun olmadığı siyahıda Türkiyənin “Başakşəhər” klubunda üç qol vuran bosniya və herseqovinaıı Edin Viska da yer alıb.

© APA