İdman

02 Mart

Vinisius Messini geridə qoyaraq rekord qırdı

Madrid “Real”ının hücumçusu Vinisius Junior 21-ci əsrdə “El-Klasiko”larda fərqlənmiş ən gənc oyunçu olub.

Forvard İspaniya çempionatının 26-cı turu çərçivəsində “Barselona” ilə qarşılaşmada fərqlənib. 71-ci dəqiqədə qapıya yol tapan hücumçu hesabı açıb.

Vinisius Junior qarşılaşmada Messinin rekordunu qırıb. Belə ki, oyunda fərqlənən hücumçu 19 yaş 233 günündə olub. Daha əvvəl bu göstərici üzrə rekord 19 yaş 259 günlə Messidə olub.

Xatırladaq ki, qarşılaşmanı “Real” 2:0 hesablı qələbə ilə başa vurub.