İdman

02 Mart

Cüdoçularımız Avropa açıq kuboku yarışında 3 medal qazandı

Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə Avropa açıq kuboku yarışı başa çatıb.

Fins.az-ın Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, beynəlxalq turnirdə mübarizə aparan Azərbaycan cüdoçuları üç medal qazanıblar.

Kişilər arasında 90 kiloqram çəki dərəcəsində yarışan Rüfət İsmayılov və ən ağır çəkidə mübarizə aparan Şahin Qəhrəmanov (+100 kq) yalnız final qarşılaşmasında uduzaraq gümüş medala layiq görülüblər.

Komandamızın digər üzvü Yaşar Nəcəfov (-60 kq) Avropa kubokunun bürünc medalına sahib olub.

Qeyd edək ki, Varşava turnirində 40 ölkədən 407 cüdoçu yarışıb.