İDMAN

01 Mart

Bu gecə El-Klasiko olacaq

Bu gün İspaniya La Liqasında "Real Madrid" və "Barselona" arasında növbəti El-Klasiko keçiriləcək. 

Fins.az-ın məlumatına görə, "Santyaqo Bernabeu" stadionundakı XXVI tur qarşılaşması Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.

25 oyundan sonra "Barselona" 55 xalla liderdir, "Real Madrid" isə 53 xalla 2-ci yerdə gedir. Kataloniya komandasına liderliyini qoruması baxımından heç-heçə də kifayət edir. "Kral klubu" isə İspaniya Kubokunda mübarizəni dayandırması və Çempionlar Liqası ilə vidalaşmağa yaxın olduğunu nəzərə alaraq ("Real Madrid" 1/8 final mərhələsinin ilk görüşündə "Mançester Siti"yə evdə 1:2 hesabı ilə uduzub), yalnız çempionluq titulu üçün şanslarını qoruyur. "El-Klasiko"dan qalib ayrılacağı təqdirdə, Zinəddin Zidanın baş məşqçi olduğu kollektiv hədəfinə doğru ciddi addım atacaq.