İDMAN

28 Fevral

"Real" şikayət edəcək - Ramosa görə

"Real" Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Siti" ilə oyunda kapitanı Serxio Ramosa göstərilən qırmızı vərəqə ilə razılaşmır.

Fins.az apasport.az-a istinadən bildirir ki, "kral klubu" bununla bağlı apellyasiya şikayəti edəcək. İspaniya təmsilçisi müdafiəçinin "qırmızı"sının ləğvi üçün bütün mümkün addımlara əl atmaq niyyətindədir.

Qeyd edək ki, Serxio Ramos Çempionlar Liqası tarixində 3-cü dəfə birbaşa qırmızı vərəqə alan ilk futbolçudur.