Ötən mövsüm Çempionlar Liqasını qazandıqdan sonra cari mövsüm Premyer Liqanın da qalibi olmağa hazırlaşan "Liverpul"un parlaq çıxışı qazancına da müsbət təsir göstərib.
Fins.az apasport.az-a istinadən bildirir ki, klub 2019-cu ildə xalis qazancının 42 milyon funt-sterlinq olduğunu açıqlayıb.
Məlumatda bildirilir ki, illik media gəlirləri 261 milyon, yayım gəlirləri 188 milyon, oyun günü gəlirləri isə 84 milyon funt-sterlinqə yüksəlib. "Qırmızılar"ın büdcəsinə il ərzində ümumilikdə 533 milyon funt-sterlinq daxil olub.
Xərclər də çıxıldıqdan sonra İngiltərə klubu 42 milyon funt-sterlinq irəli düşüb.