Mövsüm sonunda Timo Vernerin "Leyptsiq"dən ayrılma ehtimalı gün-gündən artır.
Fins.az xəbər verir ki, "Liverpul"un baş məşqçisi Yurgen Klopp istədiyi təqdirdə, qırmızıların rəhbərliyi almaniyalı oyunçunun sərbəstqalma məbləğini ödəyəcək. Verner komandasının bu mövsüm uğurlu çıxış etməsinin əsas səbəbidir. Hazırda "Leyptsiq" lider "Bavariya"dan cəmi bir xal geri qalır.
"Liverpul"un Vernerlə maraqlandığı xəbəri bir az səngisə də, ÇL-ı görüşündə "Totenhem" üzərindəki qələbə və liqadakı 5:0-lıq "Şalke" zəfərindən sonra Verner yenə Kloppun radarına tuş gəlib. Bu mövsüm o, 28 qol vurub.
"SKY Sports"a açıqlamasında Verner deyib:
"Hamı bilir ki, "Liverpul" dünyanın ən güclü komandası, Klopp isə ən bacarıqlı məşqçidir. Təbiikio komandanın bir üzvü olmaq mənimçün şərəf olardı. Hazırda ən güclü hücum üçlüyü "Liverpul"dadır: Mane Salah Firminyo. Onlarla forma uğrunda mübarizə aparmaq maraqlı olardı, açığı hələ onların səviyyəsində olmadığımı düşünürəm."
Qeyd edək ki, Klopp da verdiyi raportda bir hücumçu istədiyini vurğulayıb.