“Bavariya” futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Çelsi”ni məğlub edib.
Fins.az xəbər verir ki, 3:0 hesabıyla bitən qarşılaşmada Münhen təmsilçisi yeni rekorda imza atıb.
Belə ki, “Bavariya” Çempionlar Liqasında bu mövsüm ardıcıl 7-ci oyundu qələbə qazanır.
“Bavariya” qrup mərhələsinin 6 oyununda da meydanı 3 xalla tərk etmişdi. Münhen təmsilçisi Almaniya klubları arasında ÇL-də ardıcıl 7 oyunda qələbə qazanan ilk komanda olub.