İDMAN

26 Fevral

Salah 4-cü oldu

Liverpool İngiltərə Premyer Liqasının 27-ci turunda West Ham-i məğlub edib.

Fins.az xəbər verir ki, 3:2 hesabıyla bitən görüş Mersisayd təmsilçisinin futbolçusu Məhəmməd Salah üçün əlamətdar olub. Belə ki, londonlularla görüşdə də fərqlənən Salah, Liverpool-la Premyer Liqadakı qollarının sayını 69-a çatdırıb.

Misirli hücumçu Mersisayd təmsilçisinin tarixində Premyer Liqada ən çox qol vuran 4-cü futbolçudur. Salah bu göstəricidə Liverpool-un sabiq hücumçusu Luis Suaresə çatıb. “Qırmızılar”ın tarixində Premyer Liqada ən çox qol vuran isə Robbi Faulerdir – 128 qol.