İDMAN

25 Fevral

"Real" - "Mançester Siti" matçının hakimi bilindi

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində sabah keçiriləcək “Lion” (Fransa) – “Yuventus” (İtaliya) və “Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə) matçlarının təyinatları məlum olub.

Fins.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Madriddə, “Santyaqo Bernabeu” stadionunda keçiriləcək “Real” – “Mançester Siti” matçını İtaliyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Daniel Orsato olacaq. Ona Lorenso Manqanelli və Alessandro Qallatini kömək edəcək.

Dördüncü hakim funksiyasını Daniele Doveri yerinə yetirəcək. VAR hakimləri isə Massimiliano İrrati və Çiro Karbone olacaq.

Fransada keçiriləcək “Lion” – “Yuventus” matçını İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Xesus Gil Mansano olacaq. Ona Dieqo Barbero və Anxel Nevado kömək edəcək. Dördüncü hakim funksiyasını Gilerme Kuadra Fernandes yerinə yetirəcək. VAR hakimləri Xuan Martines Munuera və Rikardo de Burqos olacaq.

Hər iki görüş sabah, saat 00:00-da start götürəcək.