İDMAN

25 Fevral

Abdullah Avcı millimizə niyə yox dedi?

Abdullah Avcı AFFA-nın təklifinini qəbul etməyib.
Fins.az xəbər verir ki, bu barədə ”Hürriyət” nəşri məlumat yayıb.
57 yaşlı türkiyəli mütəxəssisin AFFA-nın təklifini rədd etməsinə səbəb kimi Super Liqada böyük klublardan birində çalışmaq istəyi göstərilib. Son klubu "Beşiktaş” olan Avcı hazırda "Fənərbaxça”nın baş məşqçisi olmağa ən real namizəd göstərilir. 
Super Liqanın 23-cü turunda "Qalatasaray”a öz meydanında 1:3 hesabı ilə məğlub olan "Fənərbağça"da Ersun Yanalın istefaya göndərilməsi və onu Avcının əvəzləməsi müzakirə mövzusudur. Abdullah Avcının da məhz bu üzdən yığmamızı çalışdırmaq təklifini qəbul etmədiyi vurğulanıb.