İDMAN

25 Fevral

"Real Madrid"dən "Trabzonspor"un hücümçusuna rekord təklif

"Real Madrid" "Trabzonspor"da statistikaları alt-üst edən Aleksandr Sörlot ilə ciddi şəkildə maraqlanır.

Fins.az xəbər verir ki, mövsümün əvvəlində "Kristal Palas"dan 2 illlik icarə əsasında "Trabzonspor"a gələn Aleksandr Sörlot Türkiyədə nəinki gözləntiləri qarşıladı, hətta statistikaları alt-üst etdi.

Hazırda bombardirlər siyahısında lider olan Norveç millisinin 9 nömrəsi 34 matçda 24 qol 6 məhsuldar ötürmə ilə komandasını zirvəyə qaldıran oyunçu olub.

"Eurosport"un yazdığına görə, İspaniyanın "Real" klubu Sörlotu mövsüm sonu transfer etmək istəyir. Bir neçə müddətdir ispan mütəxəssislər tərəfindən izlənilən oyunçuya görə "Real Madrid"in 40 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Madridlilər əvvəlcə "Trabzonspor", daha sonra "Kristal Palas" ilə razılaşmalıdır. Buna səbəb "Kristal Palas" ilə imzalanan müqavilədə Sörlot ilkin olaraq "Trabzonspor"a 6 milyon avroya təklif olunmalıdır. Əgər Türkiyə təmsilçisi bu transferi gerçəkləşdirməsə o zaman Sörlotun sərbəstqalma məbləğini ödəyən hər hansı klub norveçli hücumçunu transfer edə bilər.