İtaliyanın "Milan" klubu futbolçusu Zlatan İbrahimoviçlə müqavilə müddətini uzatmaq istəyir.
Fins.az xəbər verir ki, rəhbərlik yeni sözləşmə üçün isveçli hücumçu ilə danışıq aparır.
38 yaşlı forvardın Seria A təmsilçisi ilə anlaşması cari mövsümün sonuna qədərdir. Əgər komanda çempionatın sonunda UEFA Çempionlar Liqasına vəsiqə qazansa, təcrübəli futbolçunun müqaviləsi avtomatik olaraq yenilənəcək. Əgər tərəflər ortaq məxrəcə gələ bilsələr, bu maddə qüvvədən düşəcək. Yəni, "Milan" mövsümün sonunda qitənin bir nömrəli klub turnirinə düşməsə belə, İbrahimoviçlə yeni sözləşmə imzalanacaq.
Qeyd edək ki, "Milan" 25 turdan sonra 36 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. İbrahimoviç meydana çıxdığı 9 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.