Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları baş tutacaq.
Find.az-ın məlumatına görə, ilk oyunlar çərçivəsində iki matç keçiriləcək
"Çelsi" İngiltərədə Almaniyanın "Bavariya" komandasını qəbul edəcək. Hər iki kollektiv görüşə itkilərlə çıxacaq. London təmsilçisinin aparıcı yarımmüdafiəçisi NQolo Kante zədəli olduğu üçün oyunu buraxacaq. Digər yarımmüdafiəçilər Kallum Hadson-Odoi və Kristian Pulişiç eyni səbəbdən meydana çıxa bilməyəcək. Ruben Loftus-Çikin isə qarşılaşmada iştirakı sual altındadır. Münhen təmsilçisində isə müdafiəçi Niklas Süle və yarımmüdafiəçi İvan Perişiç zədəlidir. Xavi Martinesin durumu hələ ki, bəlli deyil.
Günün digər matçı İtaliyada olacaq. "Napoli" doğma azarkeşlər önündə İspaniya "Barselona"sını qəbul edəcək. Meydan sahiblərində müdafiəçi Kalidu Kulibalinin oynamayacağı dəqiqdir. Digər müdafiəçi Elseyid Hyusay ilə hücumçular Fernando Llorente və Arkadiuş Milikin görüşdə iştirakı bilinmir
Kataloniya təmsilçisində isə müdafiəçisi Jordi Alba, yarımmüdafiəçi Serxio Roberto, hücumçular Luis Suareslə, Usman Dembele zədəlidir.
Bu komandalar arasındakı cavab görüşləri martın 18-də keçiriləcək.
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
24:00. "Çelsi" (İngiltərə) - "Bavariya" (Almaniya)
Baş hakim: Klement Turpin (Fransa)
"Stamford Bric"
24:00. "Napoli" (İtaliya) - "Barselona" (İspaniya)
Baş hakim: Feliks Brıx (Almaniya)
"San Paolo" stadionu